"Mançester Yunayted" Futbol Məktəbinin Denston kollecində keçirilən təlim-məşq toplanışlarında iştirak etmiş Tamerlan Rizvanov "Mançester Yunayted" Futbol Məktəbinin Dünya Bacarıqlar Finalı-na vəsiqə qazanıb.
Fanat.az xəbər verir ki, Tamerlan Rizvanov 2013-cü il oktyabr ayının 17-dən 20-dək İngiltərənin Mançester şəhərində Aon İdman Kompleksində Dünya Bacarıqlar Finalı-nda iştirak edəcək.
Bundan əlavə, o, 2013-cü il oktyabrın 19-da da "Old Trafford" stadionunda İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində keçiriləcək "Mançester Yunayted" - “Soutqempton” oyununu izləyəcək.