Azərbaycan millisi dünən Tacikistanı yoldaşlıq matçında 0:1 hesabı ilə məğlub edib. Azərbaycan millisinin və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb yığmamızın qələbəsi barədə nə düşündüyünü soruşduq. Onun Fanat.Az -a açıqlaması belə olub: "Bu oyunun mahiyyəti tam başqa idi. Nəticə olaraq biz bu matça, ümumiyyətlə, fokuslanmamışdıq. Hesab edirəm ki, Ayxan Abbasov da burada nəticə və ya qələbəyə köklənməmişdi. Daha çox oyunçuları yoxlamaq, taktiki gedişlərimizi ortaya çıxarmaq və çatışmazlıqlarımızı görmək niyyətində idik. Təbii ki, bu oyunda qalib gəlməli idik və qələbə də qazandıq. Lakin hər halda, bizim üçün ən başlıca məsələ təkcə bu deyildi. Performans baxımından hesab edirəm ki, biz Millətlər Liqasında oynamaq iqtidarındayıq. Yəni birmənalı şəkildə bu gücə sahibik. Sadəcə düşünürəm ki, oyunun müəyyən hissələrində, xüsusən də müdafiəyə keçidlər zamanı yaranan boşluqları Ayxan Abbasov artıq özü təhlil edib və lazımi nəticələri çıxaracaq. Ən vacib məqamlardan biri isə qol epizodları yaradıb onları reallaşdıra bilməməyimiz idi. Tacikistanla oyunda kifayət qədər fərqlənmək imkanlarımız oldu, lakin bunları effektiv dəyərləndirə bilmədik. Bunu oyunçuların keyfiyyətsizliyi ilə əlaqələndirməzdim. Daha çox konsentrasiya əskikliyi idi. Bəlkə də yoldaşlıq görüşü olduğu üçün oyunçular tam fokuslanmamışdılar. Lakin bu qədər vəziyyət yaradıb onları boşa vermək əvəzinə, Tacikistan millisinə bir neçə qol vurmalı idik. Amma bunlar alınmadı. Zatən bu matçın məqsədi də elə belə məqamları və imkanları görüb analiz etmək idi. Düşünürəm ki, oyunçular Litva ilə matça artıq tam hazır şəkildə çıxacaqlar. Tacikistanla oyunun stresi, təbii ki, Litva matçının stresi qədər deyildi. Litva ilə görüşdə daha ciddi, daha konsentrasiyalı və qələbəyə fokuslanmış bir oyun nümayiş etdirəcəyimizə inanıram. Qələbə şanslarımızı da yüksək qiymətləndirirəm. Lakin rəqibi də kiçiltmək olmaz. Litva millisi potensial olaraq ən azı bizim səviyyədədir. Heyətlərində kifayət qədər gənc və Avropada çıxış edən oyunçular var. Bu da o deməkdir ki, bizə çətin anlar yaşada bilərlər. Sonuncu yoldaşlıq görüşlərini Gürcüstana qarşı keçirmişdilər. Həmin oyuna nəzər salsaq görünür ki, kifayət qədər kompakt, yaxşı komplektləşmiş və hər mövqedə keyfiyyətli futbolçuları olan komandadır. Buna görə də şansları bərabər qiymətləndirirəm". Əlisahib İbrahimli
"Litva millisi potensial olaraq ən azı bizim səviyyədədir" - Aslan Kərimov
TREND
Azərbaycan futbolu
23:31
07.10.2026
"Qarabağ"ın gənc hücumçusuna Avropa nəhəngindən dəvət
Azərbaycan futbolu
16:43
08.10.2026
Ayxan Abbasov Rusiyanın elita klubunun əsas qapıçısı ilə maraqlanacaq - AÇIQLAMA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
01:20
09.10.2026
"Rakuv" Abdullanı istədi, Puxaç "yox" dedi
Oxşar xəbərlər
Azərbaycan futbolu
18:07
12.10.2026
"Karvan"a qarşı mübarizəyə komanda şəklində hazırıq" - "Gəncəbasar"ın vingeri
Azərbaycan futbolu
17:35
12.10.2026
"Ümid edirəm ki, "Sabah" ÇL-dəki ilk ev oyununda ilk uğurlu nəticəsinə imza atacaq" - Samir Əliyev
Azərbaycan futbolu
17:17
12.10.2026
“Kəpəz” - “Zirə” matçının biletləri satışa çıxarıldı
Azərbaycan futbolu
17:03
12.10.2026
"Ardıcıl məğlubiyyətlər bu komandada müəyyən inamsızlıqlar yaradır" - Rüstəm Məmmədov