"Legiya"da başlayan kabus "Rakuv"da davam edir: Mahir Emrelinin uğursuz statistikası

"Legiya"da başlayan kabus "Rakuv"da davam edir: Mahir Emrelinin uğursuz statistikası

Polşa çempionatında çıxış edən Mahir Emreli uğursuz göstərici ilə yerli mətbuatın diqqət mərkəzinə düşüb.

Fanat.Az xəbər verir ki, azərbaycanlı hücumçu Ekstraklasada 21-ci oyununu keçirib. Bu matçların yalnız 3-də qələbə sevinci yaşayan Emreli 18 qarşılaşmada meydanı məğlubiyyətlə tərk edib.

"Legiya"nın şərəfini qoruduğu dönəmdən başlayan bu uğursuzluq seriyası hazırda "Rakuv"da eynilə davam edir. Mahir "Rakuv" formasında çıxdığı 6 matçın ("Qornik Zabje", "Yagelloniya", "Krakoviya", "Slonsk Vrotslav", "Visla Plotsk" və "Lex Poznan") hamısında məğlubiyyət acısı yaşayıb.

"Legiya"da isə şans qazandığı 15 qarşılaşmanın 12-də uduzub, yalnız "Yagelloniya", "Qornik Lençna" və "Varta Poznan"la görüşlərdə qələbə qazanıb.

Polşa idman mətbuatı bu göstəricini təqdim edərək Ekstraklasanın Mahir Emreli üçün uyğun liqa olmadığını vurğulayıb.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər