Fransanın "Lans" klubunun prezidenti Jerve Martel Bakıya səfər edib. Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumata bildirib ki, Martel "Lans"a olan 4 milyon avro borcun klubun hesabına köçürülməsi ilə əlaqədar ölkəmizə gəlib: "Mən Bakıya 4 milyon avro alacağımıza dair zəmanət almaq üçün getmişdim. Çünki oktyabr ayında məbləğ tam ödənilməmişdi (cəmi 1,5 milyon avro). Bu məsələ ilə bağlı "Bank Azərbaycan"dan zəmanət aldım. Onlar tam ödənişin yaxın 15 gün ərzində həyata keçəcəyini bildirdilər. Yanvarda alacağımız 14 milyon avronu da xatırlatdım və bununla əlaqədar da zəmanət əldə etdim. Bütün bunlara görə Azərbaycana təşəkkürümü bildirirəm ki, bizim durumumuza həssaslıqla yanaşırlar".
Qeyd edək ki, "Lans"ın sahibi "Bakı"nın prezidenti Hafiz Məmmədovdu.
Fanat.az