"Əsas hədəfimiz Azərbaycanla oyunda 3 xal qazanmaqdı"

"Əsas hədəfimiz Azərbaycanla oyunda 3 xal qazanmaqdı"
"Biz Portuqaliya və Lüksemburqa qarşı keçirdiyimiz son oyunları yaxşı analiz etmişik. Həm yaxşı, həm də mənfi məqamlar olub. Amma yaxşı komanda ruhuna malikik. Bizim əsas hədəfimiz Azərbaycanla oyunda üç xal qazanmaq və İsraillə görüşə yaxşı köklənməkdi. Bu üzdən biz hər iki matça eyni qaydada hazırlaşmalıyıq. Çünki son oyunlar bizim üçün eyni dərəcədə vacib əhəmiyyət daşıyır". Fanat.az xəbər verir ki, bu sözləri Şimali İrlandiya millisinin baş məşqçisi Maykl O`Nil deyib.
Millimiz oktyabrın 11-də Şimali İrlandiyanı qəbul edəcək. Rəqibin baş məşqçisi oyundan öncə fikirlərini açıqlayıb. O, yığmamızla görüşdə heyətdə müəyyən dəyişikliklər edəcəyini gizlətməyib: "Heyətdə dəyişikliklər olacaq. Amma bunun səbəbi Lüksemburqa məğlubiyyət deyil. Sadəcə, futbolçuların hamısı klublarında daimi oyun təcrübəsinə malik deyil. Bu üzdən müəyyən məqamları nəzərə almalıyıq. Bizim yeganə problemimiz Nial Makqinndi. Ciddi bir şey yoxdu. Sadəcə, zədəsini sağaltması lazımdı".
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər