"Bəli, "Səbail"lə razılaşdıq"- SƏBƏBKAR TƏSDİQLƏDİ

"Bəli, "Səbail"lə razılaşdıq"- SƏBƏBKAR TƏSDİQLƏDİ

 "Səbail"in rəhbərliyi ilə razılaşmışıq. Şərtlərimi dedim, qəbul etdilər, razılaşdıq". Bu sözləri Fanat.Az-a açıqlamasında "Neftçi"nin əvəzedici komandasının çalışdırıcısı Samir Əliyev deyib.

Mütəxəssis şərtlərinin maddi planda olmadığını vurğulayıb: "Şərtlər maddi planda deyildi. Hər məşqçinin öz iş metodu var. Gələcəkdə yaxşı komanda qurmaq istəyirsənsə, reallığı nəzərə almalısan. Heyət və şəraitlə bağlı danışdıq, ortaq məxrəcə gəldik".

Qeyd edək ki, 1-ci divizionda 2-ci yeri tutaraq Premyer Liqaya vəsiqə qazanan"Səbail" baş məşqçisi Elman Sultanovla yolları ayırıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər