"İndi yalnız Azərbaycanla matç haqda düşünürük. Çox istərdim ki, şənbə günü stadion dolsun. Bilirəm ki, bütün ölkə bizi dəstəkləyir. Bizim də məqsədimiz Azərbaycana qalib gəlib, Rusiyaya tam gücümüzlə yollanmaqdı". Fanat.az xəbər verir ki, bu sözləri İsrail millisrinin baş məşqçisi Eli Qutman deyib.
Çalışdırıcı millimizin zəif rəqib olmadığını bildirib: "Azərbaycan millisini Berti Foqts çalışdırır. Rəqib heç də zəif deyil. Bakıda keçirilən ilk oyunda rəqib müdafiəçiləri hücumçularımıza rahat hərəkət etmək imkanı vermədilər. Rəqibin Rusiya və Portuqaliyaya qarşı keçirdiyi oyunları izləmişəm. Onlar favoritlərə əməlli-başlı başağrısı oldular. Portuqaliya yalnız 1 saatın tamamında qol vurmağa müvəffəq oldu. Rusiya isə son dəqiqələdə penalti qolu ilə sevindi. Odu ki, Azərbaycanı zəif rəqib kimi təqdim edənləri anlamıram".
Fanat.az