Alpay Özalan Türkiyə yığmasının uğursuz çıxışına münasibət bildirib. Fanat.az xəbər verir ki, DÇ-2002-nin rəmzi komandasına düşən veteran futbolçu ba zaman Azərbaycanın da adını çəkib.
"Niyə uğursuz çıxış etdiyimizi bilmirəm. Bizdən sonra yeni "əkinlər əkilmədi". Bizim uğurumuzun əsası 92-ci ildə qoyulmuşdu. O "əkinləri" Fatih Terim "əkmişdi". 1992-ci ildə Akdemiz oyunlarında çempion olduq. Eyni komanda dünya üçüncülüyünü qazandı. Bu gün milli komandanın onurğa sütunu yoxdu. İndi "Azərbaycanı yenə bilərik" deyə düşünərkən, o zaman "Hollandiyanı yenərik" deyirdi hər kəs. Abdullah Avcı nə etsin? Əlində oynamağa adam yoxdu".
Fanat.az