"Azərbaycana qalib gələcəyik"

"Azərbaycana qalib gələcəyik"

“Rəhbərliyi altında oynadığım ən emosional, qorxunc qəzəbə malik məşqçilər Yuri Syomin və Fabio Kapellodu”. Fanat.az xəbər verir ki, bu sözləri Rusiya millisinin futbolçusu Denis Qluşakov deyib.

 

 Moskva “Spartak”ının oyunçusu “Qəbələ”nin rus çalışdırıcısı Syominlə millisinin baş məşqçisi Kapellonu müqayisə etməkdə çətinlik çəkib: “Onları sima olaraq, müqayisə etmək çətindi. Hərəsi öz emosiyalarını bir cür göstərir”.

 

 DÇ-2014-ün seçmə mərhələsinin son oyunlarına çağırılanyarımmüdafiəçi oktyabrın 11-də Lüksemburq, 15-də Azərbaycanla baş tutacaq səfər oyunlarından nikbin danışıb: “F qrupunda 1-ci pillədə qərarlaşmışıq. İntuisiyam mənə deyir ki, qarşıdakıoyunlarda Lüksemburq və Azərbaycana qalib gələcəyik”.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər