"Azərbaycan yığmasını yaxşı təhlil etmişdik"

"Azərbaycan yığmasını yaxşı təhlil etmişdik"
"Oyunun ağır olacağını bilirdik. Azərbaycan yığmasının Norveçə qarşı oyununa baxmışdıq". Fanat.az xəbər verir ki, bu sözləri Azərbaycan U-21-i ilə oyundan sonra 21 yaşadək futbolçulardan ibarət Makedoniya yığmasının baş məşqçisi Boban Babunski deyib.
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Makedoniyanın qonağı olan millimiz 0:1 hesabı ilə yenilib. Matçdan sonra fikirlərini bildirən rəqibin çalışdırıcısı millimizi yaxşı təhlil etdiklərini deyib: "Rəqibimizi, xüsusilə, əsas millidə çıxış edən futbolçuları yaxşı təhlil etmişdik. Biz ev oyunlarında yaxşı təsir bağışlayan komandayıq. Bu gün bacarıqla müdafiə olunduq. Çətin qələbə qazandıq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər