"Azərbaycan millisi bu oyuna daha yaxşı hazırlaşıb"

"Azərbaycan millisi bu oyuna daha yaxşı hazırlaşıb"

Futbol üzrə Lüksemburq yığmasının baş məşqçisi Lyuk Holts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində qarşılaşacaqları Azərbaycan millisi ilə səfər oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün Bakıda təşkil olunan mətbuat konfransında bunları dilə gətirib:“Biz bu oyuna daha yaxşı hazırlaşa bilərdik. Amma komandada dəyişikliklər var. Çünki bir sıra futbolçularımız zədə səbəbindən komandaya kömək edə bilməyəcək. Fikrimcə, Azərbaycan millisi bu oyuna daha yaxşı hazırlaşa bilib. Onlar bizə qarşı ilk dəqiqələrdən aqressiv oynayacaqlar”.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər