"Azərbaycanla istisnasız olaraq qələbəyə oynamalıyıq. Hər şey öz əlimizdədi. Biz bunu gözəl başa düşürük". Fanat.az xəbər verir ki, bu sözləri Rusiya yığmasının üzvü Roman Şirokov deyib.
Yarımmüdafiəçi yığmamız barədə fikirlərini bildirib: "Mən yalnız Moskvada keçirilmiş oyuna görə mülahizə yürüdə bilərəm. Amma azərbaycanlılar çoxdandı evdə məğlub olmurlar. Deməli, yaxşı komandadı. Baxmayaraq ki, evdə hər komanda yaxşı oynayır".
Şirokov "Azərbaycan yığmasının üzvlərinin qələbə qazanmaq istədikləri barədə açıqlamalarına münasibətiniz necədi" sualına belə cavab verib: "Dünya çempionatına getmək istəyən komanda üçün daha necə motivasiya lazımdı? Təkrar edirəm, Azərbaycan evdə yaxşı oynayır. Onlar da öz azarkeşlərini sevindirmək istəyirlər. Özü də bu komanda keçmiş SSRİ ölkəsinin təmsilçisidi. Azərbaycan Lüksemburq deyil. Biz bunu gözəl başa düşürük. Açıqlamalara gəlincə, azərbaycanlılar Moskvadakı qarşılaşmadan öncə də bizi məğlub edəcəklərini deyirdilər".