"Bir vaxtlar mən Bojidar Bandoviçin rəhbərliyi altında Azərbaycanda oynamaq seçimimi etmişdim. Ancaq Azərbaycana alışa bilmədim və tezliklə “Atromitos”a qayıtdım". Fanat.az xəbər verir ki, bu sözləri "Bakı"nın sabiq üzvü Vangelis Mantzios deyib.
Hazırda Yunanıstanın “Levadiakos” klubunda forma geyinən hücumçu Azərbaycandla karyerasının alınmadığını bildirib: "Xırdalıqlara varmaq istəmirəm. Sadəcə, mən bəzi şeyləri qəbul etmirdim. Xarakterim belədi. Azərbaycan həyatı bizim həyatımızdan çox fərqlənir. Yeməkdən və dindən başlayaraq ən xırda detallara qədər".
Fanat.az