"Hər başlanğıcın bir səbəbi var. Başladığımız tədqirdə yeni bir missiyanı üzərimizə götürüb, yeni bir üfüq açacağıq və qarşımızda yeni hədəflər olacaq. Azərbaycan futboluna verə biləcəyimiz töhfələr var". Fanat.az xəbər verir ki, bu sözləri bu gün ölkəmizə səfər edən Mustafa Dənizli deyib.
4-5 gün əvvəl Mübariz Mənsimovla görüşdüyünü deyən türk mütəxəsssis futbolumuz haqqında çox şey bildiyini qeyd edib: "Azərbaycan futbolu haqqında çox şey bilirəm və ölkə xaricində işləmək təcrübəm var. "Xəzər Lənkəran"la anlaşa bilsək, Azərbaycan futbolunun inkişafı üçün əlimdən gələni edəcəm".
"Əvvəllər Azərbaycanda işləmiş tanıdığım baş məşqçilər var. Lazım olsa, onlardan məlumat alacam" deyə Dənizli əlavə edib.
Fanat.az