"Azərbaycan çox liberal ölkədi"

"Azərbaycan çox liberal ölkədi"
"Azərbaycanda çox sakit həyat yaşayıram. Biz Bakıda qalırıq, bura ölkənin paytaxtıdı. Əhali iki milyon nəfərdən azca çoxdu. Şəhərdə lazım olan hər şey var - ticarət mərkəzləri, parklar. Bura çox təhlükəsizdi. Düzdü, son vaxtlar alışmadığım qədər hava sərinləyir". Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın qapıçısı Duqlas Leyte deyib.
Braziliya mətbuatına müsahibə verən qolkiper Azərbaycanın liberal ölkə olduğunu bildirib: "Azərbaycan müsəlman ölkəsidi. Burda gündə üç-dörd dəfə dua edirlər. Ancaq qadınlar çadra daşımır, çox sərbəst geyinirlər. Azərbaycan çox liberal ölkədi".
Leyte ölkeəmizə alışmaqla bağlı problem yaşamayıb: "Bura alışmaq çətin olmadı. Bakıya çox tez öyrəşdik. Qızım xüsusi məktəbə gedir. Heç bir problem yoxdu. Həyat yoldaşım Braziliyadan çoxlu ərzaq gətirib. Ancaq mən də yerli mətbəxi sevməyə vaxt tapmışam. Evdə olanda əsasən Braziliya mətbəxindən yeməklər yeyirəm. Səfərdə olanda isə bütün komandanın qidalandığı kimi qidalanıram".
Qapıçı klub barədə də danışıb: "Şərait çox yaxşıdı. Klub lazımlı hər şeylə təchiz olunub. Azərbaycan Superkubokunda qələbə bizə vacib idi. Bu, “Neftçi” üzərində gözəl qələbə idi. Biz nailiyyətlərimizdən çox xoşbəxtik".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər