"Birinci hissəni biz o qədər də uğurlu keçirmədik. Amma ikinci yarıda oyunda dönüş yarada bildik". Fanat.az xəbər verir ki, bu sözləri millimizlə oyundan sonra Estoniya yığmasının baş məşqçisi Tarmo Ryüütli deyib.
Baş məşqçi yığmamızın aqressiv oynamadığını bildirib: "Rəqibimiz həmişəkindən fərqli olaraq, o qədər də aqressiv çıxış etmirdi. Halbuki, biz onların əvvəlki oyunlarını izləmişdik və necə aqressiv oyun sərgilədiklərini bilirdik. Şadam ki, qələbə qazandıq".
Fanat.az