"Astana Arlans" - "Baku Fires": heyətlər açıqlandı - FOTOLAR

"Astana Arlans" - "Baku Fires": heyətlər açıqlandı - FOTOLAR
Ölkəmizi Ümumdünya Boks Seriyasında (WSB) təmsil edən “Baku Fires” klubu VI mövsümdə ilk görüşünə çıxır. Komandamız  yanvarın 23-də  Qazaxıstanın Karaqanda şəhərində Sapiyev Boks Mərkəzində yerli “Astana Arlans” klubu ilə qarşılaşacaq. Ötən il liqanın qalibi olan Qazaxıstan təmsilçisi cari mövsümdə də iddialıdı. 
Komandaların heyətləri artıq məlumdu:
Astana Arlans - Baku Fires 
49 kq. Temirtas Jusupov - Cavid Dadaşov  
56 kq. Meirbolat Toitov - Yaraş Məhəmmədov 
64 kq. Asxat Ualixanov - Heybətulla Hacıəliyev 
75 kq. Meyirim Nursultanov - Badri Xardziani 
91 kq. Erkin Muxamedjan - Hacı Murtuzəliyev 
Yeni mövsümün ilk görüşündə “Baku Fires” klubunun heyətində bir boksçu debüt edəcək. Gürcüstanlı Badri Xardziani  ötən il Avropa oyunlarında iştirak edib, ancaq mükafatçılar sırasına düşə bilməyib. Onun rəqibi Nursultanovun 22 yaşı var və WSB liqasında 3 döyüş keçirib. O, yeganə məğlubiyyətini komandamızın üzvü Yevgeni Ramaşkeviçdən alıb. 
Son vaxtlar milli komandadan kənarda qalan Hacıəliyev də Karaqanda da rinqə çıxacaq. 2011-ci ilin Avropa çempionatının bürünc mükafatçısı özünü  yığmanın məşqçilərinə göstərmək üçün cari çempionatda yaxşı çıxış etməlidir. Həmyerlimiz Ualixanovu 2014-cü ilin aprelində Qubada keçirilən döyüşdə məğlub edib. 
Cavid Dadaşlv üçün Qazaxıstanda heç də asan olmayacaq. Boksçumuz “Astana Arlans”ın ən təcrübəli üzvlərindən biri Asiya çempionu Temirtas Jusupovla üz-üzə gələcək. 
Bu görüşdə Hacı Murtuzəliyev komandamızın heyətində favoritlərdən hesab olunur.  Son Azərbaycan çempionatında gözlənilmədən uduzan boksçumuz liqada debüt edən Erkin Muxamedjanla  görüşəcək.
Bakı vaxtı ilə saat 16.00-da başlayacaq qarşılaşma "CBC Sport" kanalı ilə canlı yayımlanacaq. Yanvarın 23-də D qrupunda “Puerto Rico Hurricanes” “Uzbek Tigers”ı qəbul edəcək. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər