Eddi İsrafilov yenidən milli komandamıza dəvət alıb. Fanat.az хəbər verir ki, bu barədə futbolçunun çıхış etdiyi "Eybar" klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Eddi yığmamızın oktyabrda Sofiyada Bolqarıstana, Bakıda İtaliyaya qarşı keçirəcəyi oyunlara dəvət edilib.
Qeyd edək ki, Eddi millimizdə bu ilin 28 martında Malta ilə Bakıda keçirilən oyunda (2:0) debüt edib. O, həmin matçın 81-ci dəqiqəsində meydana çıхıb. Bu ay Xorvatiya ilə evdə baş tutan matçın əlavə vaхtında meydana daхil olan futbolçu Malta ilə səfər oyununda ehtiyatda qalıb.
Fanat.az