Paris-2024: Azərbaycan millisi tarixi qələbə qazandı

Paris-2024: Azərbaycan millisi tarixi qələbə qazandı

Azərbaycanın 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının növbəti görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, olimpiadalar tarixində ölkəmizi ilk dəfə komanda yarışlarında təmsil edən qadınlardan ibarət yığmamız ikinci matçına çıxıb.

Komandamız II turda ABŞ yığması ilə görüşüb. 20:17 hesabı ilə qalib gələn qızlar tarixi qələbəyə imza atıb. Seçməmiz III və IV turda müvafiq olaraq Fransa və Almaniya milliləri ilə qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər