Neymar və Simeone La Liqanın ən yaxşısı seçildi

Neymar və Simeone La Liqanın ən yaxşısı seçildi

"Barselona"nın hücumçusu Neymar ötən ay La Liqanın ən yaxşı futbolçusu seçilib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı futbolçu ötən ay La Liqanın 3 oyununda meydana çıxıb.

24 yaşlı futbolçu ötən ay 5 qol vurub və 2 məhsuldar ötürmə verib. Neymar noyabr ayında "Vilyareal" (3:0), Madrid "Real"ı (4:0) və "Real Sosyedad"la (4:0) görüşlərdə 90 dəqiqə oynayıb.

Qeyd edək ki, "Atletiko" (Madrid) klubunun çalışdırıcısı Dieqo Simeone ötən ay La Liqanın ən yaxşı baş məşqçisi adını qazanıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər