Bu gün Misli Premyer Liqasında 2026/27 mövsümü başlayır.
Fanat.Az xəbər verir ki, bu, Azərbaycanın 35-ci milli çempionatı olacaq.
Açılış turu Tovuzda start götürəcək. İlk oyun günündə baş tutacaq yeganə qarşılaşmada “Turan Tovuz” ilə “Qəbələ” üz-üzə gələcəklər. Saat 19:30-da başlayacaq görüşün baş hakimi FİFA referisi Tural Qurbanov olacaq.
Tur 4 günü əhatə edəcək. “Araz-Naxçıvan” “İmişli” ilə, “Sabah” “Kəpəz”lə avqustun 15-də qarşılaşacaq. Bazar günü “Sumqayıt” “Neftçi”ni, “Zirə” “Şəfa”nı qonaq edəcək. Avqustun 17-də, ilk turun son oyununda isə “Qarabağ” “Şamaxı” ilə qarşılaşacaq.
Misli Premyer Liqası 1-ci tur 14 avqust
19:30. “Turan Tovuz” – “Qəbələ” Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev. VAR: Elçin Məsiyev. AVAR: Gülnurə Əkbərzadə. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: Elgiz Abbasov. Tovuz şəhər stadionu.