Minifutbol: Bakıda mundial başlayır

Minifutbol: Bakıda mundial başlayır

Bu gün Bakıda minifutbol üzrə dünya çempionatı başlayır.

Fanat.Az xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək turnirdə 32 ölkənin komandası mübarizə aparacaq.

Saat 19:00-da başlayacaq açılış mərasimində türkiyəli məşhur müğənni Aleyna Tilki və Azərbaycanın Xalq artisti Aygün Kazımova çıxış edəcəklər.

Azərbaycan yığması A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə üz-üzə gələcək.

Digər qrupların tərkibi belədir:

B qrupu: Rumıniya, Fransa, Çad, Özbəkistan C qrupu: Macarıstan, Ukrayna, İngiltərə, Türkiyə D qrupu: Slovakiya, Bolqarıstan, Portuqaliya, Hindistan E qrupu: Meksika, Monteneqro, Tailand, Kosta Rika F qrupu: Qazaxıstan, ABŞ, Bosniya və Herseqovina, Polşa G qrupu: Çexiya, Gürcüstan, BƏƏ, Argentina H qrupu: Serbiya, Qana, İspaniya, İsrail

Dünya çempionatı Qrup mərhələsi I tur, 21 may

A qrupu 20:30. Azərbaycan - Bəhreyn 23:00. Mavritaniya - Sloveniya

B qrupu 09:15. Fransa - Çad 21:45. Rumıniya - Özbəkistan

C qrupu 10:30. Macarıstan - Türkiyə 13:00. Ukrayna - İngiltərə

D qrupu 11:45. Bolqarıstan -Portuqaliya 14:15. Slovakiya - Hindistan

Qeyd edək ki, bu, Dünya Minifutbol Federasiyasının (WMF) təşkilatçılığı ilə baş tutan beşinci mundial olacaq. Əvvəlki dörd yarışda ABŞ, Çexiya, Meksika və Rumıniya çempion olublar.   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər