Minifutbol: Bakıda ardıcıl iki oyunda qalib müəyyənləşmədi

Minifutbol: Bakıda ardıcıl iki oyunda qalib müəyyənləşmədi

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün daha iki oyun keçirilib.

Fanat.Az xəbər verir ki, F qrupunda yed alan Bosniya və Herseqovina ilə Qazaxıstan yığmaları  münasibətlərinə aydınlıq gətiriblər. 

Milli Gimnastika Arenasında reallaşan qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.

Günün üçüncü qarşılaşmasında isə ABŞ və Polşa yığmaları üz-üzə gəliblər. Bu qarşılaşmada hesab açılmayıb (0:0).

İlk turda Polşa Qazaxıstanı 2:1, Bosniya və Herseqovina isə ABŞ-ı 4:2 hesabı ilə üstələyib.

Qeyd edək ki, bu gün keçirilən ilk qarşılaşmada İsrail yığması Qananı 4:0 hesabı ilə məğlub edib. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər