19 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Elvin Bədəlov Rusiyada növbəti oyununu keçirib. Fanat.az xəbər verir ki, "Zenit"in gənclərdən ibarət komandasında top qovan futbolçumuz "Spartak"a qarşı oyunda forma geyinib.
Start heyətində yer alan Elvini 80-ci dəqiqədə Andrey Yakovlev əvəzləyib. Oyun "Zenit"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qollardan birinə 19 yaşadək futbolçulardan ibarət millimizin təklifini rədd edib Rusiyanın aşağı yaş qrupları üzrə yığmalarında çıxış edən Ramil Şeydayev vurub.