Millimizin üzvü La Liqanı "Sequnda"ya dəyişir

Millimizin üzvü La Liqanı "Sequnda"ya dəyişir
Milli komandamızın üzvü Eddi İsrafilov "Eybar"dan ayrılıb. Fanat.az xəbər verir ki, müqavilə ilə "Mursiya"ya məxsus olan yarımmüdafiəçi La Liqa klubunu tərk edib.
İsrafilov Eddini mövsümün sonunadək icarəyə götürmüşdü. Lakin tərəflər anlaşmanı vaxtında əvvəl pozmaqla bağlı razılıq əldə edib.
İspaniya mətbuatının məlumatına görə, Eddi Sequnda Liqada çıxış edən "Kordoba"ya keçəcək. Onun bu gün tibbi müayinədən keçərək müqavilə imzalayacağı deyilir. Millimizin üzvünün xidmətində "Alaves"lə "Malyorka"nın da maraqlı olduğu bildirilir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər