İspaniya La Liqasında VII turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi "Eybar" səfərdə "Las Palmas"la qarşılaşıb.
Oyun "Eybar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İsrafilov yenə 69-cu dəqiqədə meydana çıxıb. Millimizin üzvü Adrianı əvəzləyib.
Qeyd edək ki, "Eybar" 7 turdan sonra 12 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Fanat.az