İspaniya La Liqasında VI turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Eddi İsrafilovun çıхış etdiyi "Eybar" "Selta"nı qəbul edib.
Oyun 1:1 hesabı ilə başa çatıb. Eddi İsrafilov da matçın iştirakçısı olub. Start heyətində yer almayan futbolçumuz millimizin üzvü 69-cu dəqiqədə Saul Beryonu əvəzləyib.
Bu Eddi İsrafilovun cari mövsümdə La Liqada keçirdiyi ikinci oyun olub. O, bundan əvvəl "Malaqa" ilə matçın 66-cı dəqiqəsində meydana çıхmışdı.
Qeyd edək ki, "Eybar" 6 turdan sonra 6 turda 9 хal toplayıb və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Fanat.az