Millimizin üzvü La Liqa klubunda

Millimizin üzvü La Liqa klubunda

Millimizin üzvü Eddi İsrafilovun yeni klubu müəyyənləşib. Fanat.az klubun rəsmi saytına istinadən хəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi karyerasını yenidən İspaniya La Liqasında davam etdirəcək. 

Belə ki, Eddi "Eybar"da çıxış edəcək. Müqavilə ilə "Mursiya" klubuna məxsus olan İsrafilov yeni klubunda bir illik müqaviləyə imza atıb.

Qeyd edək ki, ötən mövsüm İspaniya La Liqasını 18-ci pillədə başa vuran "Eybar" növbəti mövsüm ikinci liqada çıxış etməli idi. Amma 13-cü pilləni tutan "Elçe" cəzalandırılaraq aşağı liqaya salındığından "Eybar" La Liqada qalıb.

Eddi ötən mövsüm icarə əsasında La Liqa təmsilçisi "Qranada"da çıхış edib. Lakin uzun müddət zədəli olduğundan 8 oyuna çıхıb və 484 dəqiqə oynayıb. 

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər