Milli futbolçumuzun komandası aşağı liqaya düşdü

Milli futbolçumuzun komandası aşağı liqaya düşdü

Türkiyə TFF 1-ci Liqasında mövsümün sonuncu turu keçirilir.

 

Fanat.Az-ın məlumatına görə, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın forma geyindiyi "Samsunspor” da son oyununa çıxıb.

 

 

 

Sözügedən kollektiv doğma meydanda "Ümraniyyəspor”la qarşılaşıb. Samsunlular oyundan 3:3 hesablı bərabərliklə ayrılıb. Uzun müddət idi zədədən əziyyət çəkən millimizin üzvü Ufuk bu oyunda da meydana çıxmayıb. O, oynamayacağını bildiyi üçün görüşdən öncə Almaniyaya yollanmışdı. Türkiyə mətbuatı onun Samsun klubundan birdəfəlik ayrıldığını iddia edir.

 

Qeyd edək ki, "Samsunspor” mövsümü 36 xalla 18 klub arasında 16-cı pillədə başa vurub. Nəticədə, TFF 1-ci liqanı tərk edən sonuncu klub olub. Daha öncə "Manisaspor” və "Qaziantepspor” da TFF 2-ci liqaya yuvarlanmışdı.

 

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər