Millətlər Liqası: Azərbaycan millisi qələbəni 90+2-ci dəqiqədə əldən verdi

Millətlər Liqası: Azərbaycan millisi qələbəni 90+2-ci dəqiqədə əldən verdi

Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasında Monteneqro ilə heç-heçəyə razılaşıb.

Fanat.Az xəbər verir ki, Nikşiç şəhər stadionunda baş tutan görüşdə tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Qarşılaşmada hesabı seçməmiz açıb. 54-cü dəqiqədə Manə Mollayeva fərqlənib. Meydan sahibləri məğlubiyyətdən 90+2-ci dəqiqədə qurtulublar. Yasna Dokoviç penalti zərbəsini dəqiq yerinə yetirib.

Azərbaycan yığması daha öncə Bakıda bu rəqiblə qolsuz heç-heçə edib, ikinci oyunda isə səfərdə Litvanı 2:0 hesabı ilə üstələyib.

Yığma bu nəticələrin ardından C Liqasının 4-cü qrupunda 5 xalla ikincidir.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər