Millətlər Liqası: Azərbaycan millisi qələbə qazandı- YENİLƏNDİ

Millətlər Liqası: Azərbaycan millisi qələbə qazandı- YENİLƏNDİ

Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda UEFA Millətlər Liqasının II dövrəsinə Bakıda start verib. 

İlk üç oyunda qələbə qazana bilməyən, üstəlik, rəqib qapılarına qol vurmayan millimiz bu gün Belarus seçməsini qəbul edib. "Dalğa Arena"da keçirilən qarşılaşma Mahir Emreli və Ramil Şeydayevin vurduğu qolların hesabına yığma komandamızın 2:0 hesablı qələbəsi ilə nəticələnib. Görüş qrup sonuncusu olmamaq baxımından əhəmiyyət kəsb edib. Hazırda millimiz 4 xalla 3-cüdür.

Qeyd edək ki, tərəflər arasında II tura təsadüf etmiş matçda qolsuz bərabərlik qeydə alınmışdı. Azərbaycan millisi ilk turda səfərdə Qazaxıstana 0:2, III turda evdə Slovakiyaya 0:1 hesabı ilə uduzub. Rəqib isə birinci qarşılaşmasında Slovakiyaya yenilib, III turda Qazaxıstanla heç-heçə edib - 1:1.

UEFA Millətlər Liqası

IV tur

Azərbaycan - Belarus 2:0

Qollar: Mahir Emreli, 74. Ramil Şeydayev, 90+4.

Millətlər Liqası: Azərbaycan millisi qələbə qazandı- YENİLƏNDİ

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 4. Bəhlul Mustafazadə, 15. Bədavi Hüseynov, 18. Cəlal Hüseynov, 13. Abbas Hüseynov, 3. Azər Salahlı, 14. Eddi İsrafilov, 20. Riçard Almeyda, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Səlahət Ağayev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Coşqun Diniyev, 7. Namik Ələskərov, 10. Mahir Emreli, 16. Dmitri Nazarov, 17. Tural Bayramov, 19. Anton Krivotsyuk, 21. Anatoli Nuriyev, 22. Aleksey İsayev Baş məşqçi: Canni de Byazi

Belarus: 12. Pavel Pavlyuçenko, 4. Ruslan Xadarkeviç, 6. Sergey Politeviç, 2. Kirill Peçenin, 8. Qleb Şauçenka, 5. Vladislav Malkeviç, 3. Valeri Baçarov, 14. Yevgeni Yablonski (k), 9. Maks Ebonq, 21. Vladislav Klimoviç, 10. İvan Baxar Ehtiyat oyunçular: 1. Yeqor Xatkeviç, 16. Maksim Plotnikov, 7. Artyom Bıkov, 11. Yeqor Boqomolski, 13. Dmitri Bessmertnı, 15. Ruslan Yudenkov, 17. Denis Qreçixo, 18. Pavel Sedko, 19. Dmitri Podstrelov, 20. Zaxar Volkov, 22. Roman Bequnov, 23. Valeri Qromiko Baş məşqçi: Georgi Kondratyev

Baş hakim: Anastasios Papapetru (Yunanıstan)

Bakı. "Dalğa Arena"

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər