"Maradona sağ olsaydı, buna çox sevinərdi" - Lionel Messi

"Maradona sağ olsaydı, buna çox sevinərdi" - Lionel Messi

Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatlarında 22-ci oyununu keçirərək Argentina millisinin sabiq rekordçusunu - əfsanəvi Dieqo Maradonanı (21 matç) geridə qoymasına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "RMC Sport" 35 yaşlı superulduzun dediklərini belə çatdırıb:

"Onun rekordunu qırdığımı oyundan sonra bildim. Yeni rekordlar müəyyənləşdirə bildiyim üçün xoşbəxtəm. İnanıram ki, Maradona sağ olsaydı, buna çox sevinərdi. Dieqo mənə həmişə isti münasibət göstərib. İşlərim qaydasında gedəndə mənə görə şad olduğunu hər zaman hiss etmişəm". 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər