“Mançester Yunayted” Azərbaycanda futbolçu seçəcək

“Mançester Yunayted” Azərbaycanda futbolçu seçəcək

Yaxın vaxtlarda İngiltərənin “Mançester Yunayted”in klubunun futbol məktəbinin məşqçiləri Azərbaycana gələcək. Qol.Az-ın xəbərinə görə, səfər zamanı “MY”nin məşqçiləri tərəfindən Bakı və Azərbaycanın bir sıra regionlarında (Gəncə, Mingəçevir, Lənkəran və Sumqayıt) məktəbə seçim turları təşkil olunacaq.

Seçimdən müvəffəqiyyətlə keçmiş 8-12 yaş arası 32 gənc istedad 24-28 iyun tarixlərində Bakıda təşkil olunacaq və “Mançester Yunayted”in futbol məktəbinin məşqçiləri tərəfindən keçiriləcək təlim-məşq toplantılarında iştirak edə biləcəklər.

Buna qədər Azərbaycan müxtəlif regionlarında seçim turları keçiriləcək.

Təlim-məşq toplantısının nəticələrinə uyğun seçilən 5 gənc istedad Mançesterə səfər edib, əfsanəvi “Old Trafford”, “Mançester Yunayted Futbol Akademiyası”, eləcə də, komandanın təlim-məşq bazasını görə biləcəklər.

Seçimlər “Bakcell” şirkətinin dəstəyi ilə baş tutacaq.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər