AÇ-2015-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Makedoniya - Azərbaycan qarşılaşmasının hakimi də müəyyənləşib. Fanat.az xəbər verir ki, görüşü çexiyalı hakimlər briqadası idarə edəcəklər. Qarşılaşmanın baş hakimi Petr Ardelyanu olacaq.
Qeyd edək ki, bu oyun noyabrın 15-də Makedoniyanın paytaxtı Skopye şəhərində - "II Filipp" stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.
Fanat.az