Macarıstan yığmasının sabiq üzvü Azərbaycanda

Macarıstan yığmasının sabiq üzvü Azərbaycanda

Macarıstan yığmasının sabiq üzvü Leandro karyerasını Azərbaycanda davam etdirə bilər. Fanat.az xəbər verir ki, bu barədə Cənubi Kipr mətbuatı məlumat yayıb.

Lakin həmkarlarımız Braziliya əsilli yarımmüdafiəçinin hansı klubumuzun maraq dairəsində olduğunu açıqlamayıb. Lakin klublarımızdan birinin ona 300 min avro təklif etdiyi deyilir. Leandronun təklifə müsbət cavab verəcəyi gözlənilir.

Qeyd edək ki, tam adı Leandro Markolini Pedrozo de Almeyda olan 31 yaşlı yarımmüdafiəçi Macarıstanın MTK (1999-2000, 2 oyun), «Büki» (2000, 10 oyun), «Haladaş» (2001-2002, 52 oyun, 11 qol), «Ferençvaros» (2002-2006, 85 oyun, 7 qol) və «Debretsen» (2006-2009, 95 oyun, 23 qol) klublarında çıxış edib. 2005-ci ildə Braziliyanın «Atletiko Paranaense» klubuna icarəyə verilən (4 oyun) Leandro 2010-cu ildən Cənubi Kipr «Omoniya»sının formasını geyinirdi (89 oyun, 12 qol).

Leandro 2003-cü ildə Macarıstan U-21-də 4 oyun keçirib, 2004-2007-ci illərdə isə A Milliyə dəvət alıb. Bu müddətdə o, 10 oyuna çıxıb.

Leandronun qazandığı titullar:

MTKMacarıstan Kuboku: 1999/00FerençvarosMacarıstan çempionluğu: 2003/04Macarıstan Kuboku: 2002/03, 2003/04DebretsenMacarıstan çempionluğu: 2006/07, 2008/09Macarıstan Kuboku: 2007/08Macarıstan Super Kuboku: 2007, 2009Atletiko ParanaenseKampeonato Paranaense: 2005OmoniyaCənubi Kipr çempionluğu: 2009-10Cənubi Kipr Kuboku: 2011, 2012Cənubi Kipr Super Kuboku: 2010, 2012

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər