Lans"ın prezidenti Azərbaycan hökumətindən 4 milyon istədi

Lans"ın prezidenti Azərbaycan hökumətindən 4 milyon istədi

Fransanın “Lans” futbol klubunun prezidenti Jerve Martel azərbaycanlı ortağı, klubun majoritar səhmdarı Hafiz Məmmədovdan pul almaq ümidlərinin boşa çıxmasından sonra Azərbaycan dövlətinin yaxasından yapışıb. Fanat.az virtualaz.org-a istinadən xəbər verir ki, Jerve Martel klubun büdcəsinə 4 milyon avro köçürülməsi üçün Azərbaycan dövləti ilə birbaşa danışıqlar aparır. 

Məlumatı “Canal+” yayıb. Bildirilir ki, Fransanın Peşəkar Klublara Nəzarət Komissiyası “Lans”ın büdcəsində kifayət qədər pul olmadığını əsas gətirərək ona oyunçu transferini qadağan edib. Əgər sentyabrın 1-nə qədər zəruri vəsait tapılmasa “Lans” yni futbolçu transfer edə bilməyəcək.

Məlumata görə Məmmədov fransızlara “yaxın bir-iki həftədə pul tapacam” vədi versə də hazırda müflis durumda olan azərbaycanlı oliqarxın “Lans”a vəd etdiyi 10 milyon avronu verəcəyinə artıq inanmırlar. Bu səbəbdən Jerve Martel böhrandan çıxmaq üçün Azərbaycan dövləti ilə birbaşa danışıqlara girməyi qərara alıb. Bəs "bakı"nın prezidentinin verə bilmədiyi pula görə Azərbaycan dövləti niyə cavabdeh olmalıdır? Azərbaycan dövləti “Lans”a pul verməyə borcludurmu?

“Canal+” bildirir ki, Jerve Martelin Azərbaycan dövlətindən pul istəmək üçün əsas kimi “Lans”ın oyunçularının üzərində “Land of Fire Azərbaycan” şüarı yazılmış köynəklər geyməsini nəzərdə tutan müqaviləni göstərir. Bu müqavilə azərbaycanlı iş adamının “Lans”ı alandan sonra bağlanıb və şərtə görə iki il ərzində klubun oyunçuları üzərində bu şüar yazılmış köynəklər geyməlidir. İndi Jerve Martel hesab edir ki, “Lans” futbolçuları Azərbaycanı təbliğ etdiyinə görə Azərbaycan dövləti bu reklamın əvəzində kluba heç olmasa 4 milyon avro verə bilər. Azərbaycan tərəfinin bu istəyə reaksiyası məlum deyil. Təxminlərə görə Martel 4 milyonla bağlı danışıqları Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə aparır.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər