“Lans”ın prezidenti erməni lobbisinin cavabını verdi

“Lans”ın prezidenti erməni lobbisinin cavabını verdi

Yenidən “Lans”ın prezidenti vəfizəsinə qayıdan Jerve Martel azərbaycanlı iş adamı, “Baghlan group”un sahibi Hafiz Məmmədovun bu klubun səhmlərini alması ilə əlaqədar Fransadakı erməni diasporunun narazılığına münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, “LEquipe” qəzetinə müsahibəsində o, bütün fikirlərlərə hörmətlə yanaşdığını desə də, erməniləri idmanla siyasəti bir-birinə qatmamağa çağırıb.

Klub prezidentiin sözlərinə görə, H.Məmmədov futbolun,  o cümlədən azərbaycanlı oyunçuların inkişafında maraqlıdır. “Bu proyekt həm də “Lans”ın yenidən dirçəlməsinə yönəlib. Xalqlar arasında narazılıqlar, mübahisələr həmişə olub. Klubumuzun əvvəlki prezidenti Lyuk Dayan da erməni lobbisinə cavabında idmanla siyasəti bir-birində qatmamağı tövsiyə etmişdi və mən onun fikirlərinə şərikəm” – deyə o vurğulayıb. 

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər