La Liqaya yüksələn 3-cü komanda müəyyənləşdi

La Liqaya yüksələn 3-cü komanda müəyyənləşdi

İspaniya La Liqasına yüksələn növbəti komandanın adına aydınlıq gəlib. Fanat.az xəbər verir ki, "pley-off” oyunlarının finalının cavab matçında "Jirona”ya 1:0 hesabı ilə qalib gələn "Osasuna” bu xoşbəxtliyi yaşayan 3-cü komanda olub.

 

İlk oyunda da 90 dəqiqə "Osasuna"nın xeyrinə başa çatmışdı - 2:1. Belədə, Pamplona klubu sonuncu dəfə 3 illik fasilədən sonra La Liqaya yüksəlib.

Qeyd edək ki, buna qədər növbəti mövsüm üçün "Alaves"lə "Leqanes" La Liqaya vəsiqəni təmin edib.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər