La Liqada 2014/15 mövsümünün ən yaxşıları müəyyənləşib. Fanat.az xəbər verir ki, İspaniya Futbol Federasiyası qalibləri mükafatlandırıb.
Ötən mövsümü çempion kimi başa vuran "Barselona"nın çalışdırıcısı Luis Enrike "Ən yaxşı baş məşqçi" seçilib.
"Ən yaxşı futbolçu" və "Ən yaxşı hücumçu" mükafatı "Barselona"nın argentinalı ulduzu Lionel Messiyə verilib. O, ötən mövsüm 38 oyunda 43 qola imza atmışdı.
Azarkeşlər isə ən yaxşı hücumçu kimi 35 matçda 48 dəfə fərqlənən “Real”ın forvardı Kriştianu Ronaldonu seçiblər.
"Barselona"nın qapıçısı Klaudio Bravo "Ən yaxşı qapıçı" mükafatına sahib çıxıb. "Real"ın kapitanı Serxio Ramos "Ən yaxşı müdafiəçi", Ceyms Rodriges "Ən yaxşı yarımmüdafiəçi" seçilib.
"Barselona"dan Neymar "Ən yaxşı cənubi amerikalı futbolçu", "Valensiya"dan Sofian Fequli "Ən yaxşı afrikalı futbolçu" seçilib.
Fanat.az