La Liqanı tərk edən ilk klub

La Liqanı tərk edən ilk klub

La Liqanı tərk edən ilk klub müəyyənləşib. Fanat.az xəbər verir ki, "Levante" gələn mövsüm İspaniya çempionatının 1-ci liqasında çıxış edəcək.

Komanda XXXVI turda "Malaqa"nın qonağı olub və 1:3 hesabı ilə yenilib. Sona 2 tur qalmış 17-ci pillədən 6 xal geri  düşən "Levante"nin aşağı liqaya yuvarlanması rəsmiləşib.

Qeyd edək ki, "Levante" klubu 1909-cu ildə yaradılıb. Komanda sonuncu dəfə 2006/07 mövsümündə La Liqaya yüksəlmişdi. 2011/12 mövsümündə La Liqada 6-cı olan Valensiya təmsilçisi tarixində ilk dəfə avrokuboklara çıxmışdı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər