İspaniya La Liqasını tərk edəcək ilk klubun adı məlum olub.
Fanat.Az xəbər verir ki, "Osasuna" mövsümün sonunda elitadakı çıxışı azı bir illik başa vuracaq. Petar Vasilyeviçin çalışdırdığı komanda "Barselona"yla oyunda 1:7 hesabıyla uduzmaqla son 3 pilləni tərk edə bilməyəcəyini rəsmiləşdirib.
La Liqada cəmi bir mövsüm davam gətirən "Osasuna"nın hazırda 18 xalı var. 20-ci pillədə yer alan komandanı 17-ci sıradakı "Leqanes"dən 12 xal ayırır və mövsümün sonuna qalan 4 turda bu fərqin qapanması mümkün deyil.
Fanat.Az