La Liqada ilk dövrənin ən yaxşıları müəyyənləşdi

La Liqada ilk dövrənin ən yaxşıları müəyyənləşdi
İspaniya La Liqasında ilk dövrənin ən yaxşı "11"liyi müəyyənləşib.
Rəmzi komandada ən çox "Atletiko" (Madrid) klubunun futbolçusu yer alıb.
Madrid təmsilçisinin 3 futbolçusu siyahıya düşməyi bacarıb. "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo geridə qalan 16 tur ərzində 12 qol vurmasına baxmayaraq, ən yaxşılar sırasında yer almayıb. 
Qapıçı: Yan Oblak ("Atletiko", Madrid)
Müdafiəçilər: Xuanfran ("Atletiko", Madrid), Şkodran Mustafi ("Valensiya"), Dieqo Qodin ("Atletiko", Madrid), Marselo ("Real", Madrid)
Yarımmüdafiəçilər: Serxio Buskets ("Barselona"), Luka Modriç ("Real", Madrid), Raul Qarsiya ("Atletik", Bilbao)
Hücumçular: Lukas Perez ("Deportivo"), Neymar ("Barselona"), İmanol Aqirretxe ("Real Sosyedad").(qol.az)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər