İspaniya La Liqasında növbəti baş məşqçi istefası reallaşıb. Fanat.az xəbər verir ki, "Levante"nin baş məşqçisi Lusas Alkaras postundan ayrılıb.
IX turda "Real Sosyedad"a 0:3 hesabı ilə yenilən komandanın baş məşqçisi istefaya göndərilib. Yeni baş məşqçinin kimliyi hələ bilinmir. Alkarasla yanaşı, baş məşqçinin köməkçiləri - Xesus Kanadas və Migel Angel Kampos da istefaya göndərilib.
"Xetafe" cari mövsümdə cəmi 1 qələbə qazanıb, 3 heç-heçə edib və 4 dəfə məğlub olub. Komanda turnir cədvəlinin son pilləsində qərarlaşıb.
Qeyd edək ki, bu La Liqada mövsümün ikinci istefası olub. VIII turda "Xetafe"yə 0:4 hesabı ilə yenilən "Las Palmas"ın baş məşqçisi Pako Herrera da postunu tərk etmişdi.
Fanat.az