İspaniya La Liqasında V turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, bu gecə 4 oyun baş tutub.
Bu oyunlardan "Real S." - "Malaqa" (0:0) və "Almeriya" - "Levante" (2:2) qarşılaşmaları sülhlə başa çatıb. Daha çox maraqla izlənilən "Barselona" səfərdə "Rayo Valyekano"nu sınağa çəkib. Kataloniyalılar rəqibini Pedro Rodrigesin het-triki və Fabreqasın qolu ilə 0:4 hesabı ilə darmadağın edib. Digər bir maraqlı görüşdə isə "Valyadolid"lə Madrid "Atletiko"su üz-üzə gəlib. Madrid təmsilçiləri səfərdən 0:2 hesablı qələbə ilə dönüb.