La Liqada 3 oyun: "Real" 2 topla... - Qollar burda

La Liqada 3 oyun: "Real" 2 topla... - Qollar burda
İspaniya La Liqasında XXVII turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, ötən gün 3 oyun baş tutub.
"Real" "Levante"ni qəbul edib və 3:0 hesabı ilə qalib gəlib. 11-ci dəqiqədə hesabı açan Kriştiano Ronaldo 49-cu dəqiqədə Marseloya ikinci qolun ötürməsini verib. Üçüncü topu isə 81-ci dəqiqədə "Levante"nin oyunçusu Nikos Karabelas öz qapısına vurub. Bununla da "Real" liderliyini qoruyub. İndi "Kral Klubu" "Atletiko"nu 3, "Barselona"nı 4 xal qabaqlayır.
"Espanyol" "Elçe"ni, "Sevilya" "Almeriya"nı 3:1 hesabı ilə yenib. Turun daha bir oyunu hazırda "Valensiya" və "Atletik" arasında keçirilir.
Qeyd edək ki, turun 4 qarşılaşması şənbə günü baş tutub. Daha iki matç bu gün keçiriləcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər