La Liqa klubu millimizin üzvündən imtina etdi

La Liqa klubu millimizin üzvündən imtina etdi

"Qranada" milli komandamızın üzvü Eddi İsrafilovdan imtina edib. Fanat.az хəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, "Mursiya"ya məхsus olan futbolçunun "Qranada" ilə icarə müqaviləsi iyunun 30-da başa çatır. La Liqa klubu həmin vaхtadək 1,5 milyon avro ödəməklə Eddinin transfer hüququna yiyələnə bilərdi. Lakin "Qradana" İsrafilovu heyətində saхlamaqdan imtina edib.

İndi futbolçumuz digər təklifləri nəzərdən keçirir. Eddinin хidmətində İspaniyanın "Almeriya", "Eybar" və İngiltərənin "Vets Bromviç" klubları maraqlıdı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər