Azərbaycanı EMF Çempionlar Liqasında təmsil edən “Zirə” növbəti oyununu keçirib. Fanat.Az xəbər verir ki, təmsilçimiz qitə çempionatının ikinci günündə Çexiyanın “Hanspaulka Praqa” kollektivi ilə üz-üzə gəlib. G qrupunda mübarizə aparan Azərbaycan çempionu görüşdən 2:0 hesabı ilə qalib ayrılıb. Qolları İsa Atayev və Samir Həmzəyev vurublar. G qrupunda yer alan ölkə çempionu “Zirə” ilk matçını ötən gün Bosniya və Herseqovinanın “Krayina Plan 21” komandasına qarşı keçirib və 1:1 hesablı heç-heçəylə kifayətlənib. "Qartallar" qrupda son oyununu bu gün İspaniyanın “Qrupo Roksu” komandasına qarşı keçirəcək. Matç saat 23:00-da başlayacaq. Qeyd edək ki, Çempionlar Liqasının oyunları İspaniyanın Kambrils şəhərində keçirilir.
ÇL: Azərbaycan çempionu Çexiya təmsilçisinə qalib gəldi
TREND
Azərbaycan futbolu
23:31
07.10.2026
"Qarabağ"ın gənc hücumçusuna Avropa nəhəngindən dəvət
Azərbaycan futbolu
16:43
08.10.2026
Ayxan Abbasov Rusiyanın elita klubunun əsas qapıçısı ilə maraqlanacaq - AÇIQLAMA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:51
14.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA