Komandası mərhələ adladı, Mahir isə...

Komandası mərhələ adladı, Mahir isə...

Polşanın "Rakuv" klubunun heyətində çıxış edən millimizin hücumçusu Mahir Emreli İsveç səfərində növbəti matçına çıxıb.

Fanat.Az xəbər verir ki, Polşa təmsilçisi Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Hammarbü"nün qonağı olub və minimal hesablı (0:1) qələbəyə sevinib. 

Baş məşqçi David Kroçek bu qarşılaşmada Mahir Emreliyə ilk dəqiqələrdən etibar edərək onu start heyətində meydana buraxıb. Hücumçumuz matçın ilk hissəsində və ikinci hissənin startında rəqib müdafiəçilərə qarşı aktiv mübarizəsi ilə diqqət çəkib. "Rakuv"a qələbə qazandıran yeganə qolu ilk hissənin uzatma dəqiqələrində (45+3) E. Svarnas vurub.

Gərgin keçən qarşılaşmanın 68-ci dəqiqəsində Mahir Emreli qayda pozuntusuna görə sarı vərəqə ilə cəzalandırılıb. Baş məşqçi 74-cü dəqiqədə taktiki gediş edərək hücum xəttini təzələmək qərarına gəlib və millimizin üzvünü L. Diabi ilə əvəzləyib.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər