19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının keçirəcəyi oyunların başlanma vaxtı müəyyənləşib. Fanat.az xəbər verir ki, millimiz oktyabrın 10, 12 və 15-də meydana çıxacaq.
İlk rəqib İrlandiya olacaq. Ardınca Bosniya və Herseqovinanı sınağa çəkəcək Arif Əsədovun yetirmələri son matçda İsveçlə üz-üzə gələcək.
Qeyd edək ki, yığmamızın mübarizə aparacağı III qrupun oyunları İsveçdə təşkil olunacaq.
10 oktyabr, saat 17:00
İrlandiya - Azərbaycan
12 oktyabr, saat 17:00
Azərbaycan - Bosniya və Herseqovina
15 oktyabr, saat 17:00
İsveç - Azərbaycan
Fanat.az