DÇ-2014-ün seçmə mərhələsində sentyabrın 7-də səfərdə İsrailin qonağı olacaq millimizin oyunu canlı yayımlanacaq. Fanat.az xəbər verir ki, futbolsevərlər qarşılaşmanı "İdman Azərbaycan" telekanalı vasitəsilə izləyə biləcəklər.
Qeyd edək ki, İsrail - Azərbaycan oyunu sentyabrın 7-də, Bakı vaxtı ilə 22.45-də başlayacaq. Matç Ramat-Qan şəhərindəki yeniadlı stadionda keçiriləcək.
Fanat.az